RU

Suriya konstitusiyası da dəyişdirilir

Suriyada vəzifəsi ölkənin əsas qanunlarına dəyişiklik etmək olacaq konstitusiya komitəsi yaradılacaq.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına Suriya müxalifətinin siyasi idarəetmə üzrə nümayəndəsi məlumat verib.

“Əvvəllər qəbul edilmiş konstitusiyaya yenidən baxılması və ona əlavə və dəyişikliklərin edilməsi üçün konstitusiya komitəsi yaradılacaq”, - deyə müxalifət rəsmisi bildirib.

“Yeni Suriya ədalət və qanun əsasında qurulacaq və bədnam həbsxanalara yer olmayacaq. Keçmiş rejimin səhifəsini çevirəcəyik. 

Suriyalıların qanına batırılmış rəmzlər ədalətli mühakimə olunacaq”, - deyə açıqlamada qeyd edilir.

Избранный
28
4
cebheinfo.az

8Источники