RU

Ölümcül virusun yüzlərlə nümunəsi yoxa çıxdı - Həyəcan təbili çalındı

Avstraliyanın Kvinslend hökumətinin laboratoriyasında ölümcül viruslar olan 300-dən çox flakon yoxa çıxıb.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, onların tərkibində ölümcül Hendra virusunun canlı nümunələri olub. Hendra virusundan başqa, tərkibində lissavirus və hantavirus olan nümunələr də itirilən materiallar arasında olub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, sınaq boruları hələ 2021-ci ildə müvafiq sənədləri doldurmadan saxlanmaq üçün soyuduculara yerləşdirildikdə yoxa çıxıb. Bu, yalnız iki il sonra, laboratoriya işçiləri nümunələrə nə baş verdiyini izah edə bilməyəndə aşkar edilib. Hazırda onlarn axtarışı davam edir.

 

Избранный
52
manset.az

1Источники