AÇ-2026-nın əsas mərhələsi çərçivəsində İsveçlə keçiriləcək oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin açıq məşqi baş tutacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
15 dəqiqəsi mətbuat üçün açıq olan məşq dekabrın 13-də, saat 11:45-də "Olimpik Star"da olacaq. Bundan başqa, baş məşqçi Vitali Borisovun iştirakı ilə brifinq təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan - İsveç oyunu dekabrın 17-də, Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da başlayacaq qarşılaşma "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.