RU

Azərbaycanın tədiyyə balansı: Cari hesabın profisiti 4 milyard dollar təşkil edib

Azərbaycan Mərkəzi Bankında (AMB) tədiyyə balansına dair keçirilən media brifinqində mühüm maliyyə göstəriciləri açıqlanıb.

Fins.az xəbər verir ki, AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin ümumi həcmi 408 milyon ABŞ dolları təşkil edib.

Nəsirovun sözlərinə görə, həmin dövr ərzində Azərbaycandan pul köçürmələrinin əsas istiqamətləri aşağıdakı ölkələr olub:

  • Türkiyə – 118 milyon dollar
  • ABŞ – 45 milyon dollar
  • Rusiya – 44 milyon dollar
  • Gürcüstan – 36 milyon dollar
  • Böyük Britaniya – 22 milyon dollar

Həmçinin Azərbaycana həyata keçirilən pul köçürmələrində əsas ölkələr arasında Rusiya lider mövqedədir.

"2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana edilən pul köçürmələri üzrə ilk beşlik belədir:

  • Rusiya – 411 milyon dollar
  • Türkiyə – 130 milyon dollar
  • ABŞ – 48 milyon dollar
  • Gürcüstan – 27 milyon dollar
  • Böyük Britaniya – 26 milyon dollar," – deyə Samir Nəsirov qeyd edib.

Brifinq zamanı 2024-cü ilin tədiyyə balansı ilə bağlı əsas iqtisadi göstəricilər də təqdim olunub. Nəsirov vurğulayıb ki, cari ilin yanvar-sentyabr aylarında tədiyyə balansının cari əməliyyatlar hesabı təxminən 4 milyard ABŞ dolları profisitlə nəticələnib.

"Bu dövrdə cari əməliyyatlar hesabının ÜDM-də payı 7,2 faiz təşkil edib. Neft-qaz sektorunda cari əməliyyatlar hesabının profisiti 11,1 milyard dollar olduğu halda, qeyri-neft sektorunda 7,1 milyard dollar kəsir qeydə alınıb," – deyə o əlavə edib.

Fuad Mədətov
Fins.az

Избранный
13
1
fins.az

2Источники