2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin ümumi həcmi 408 milyon ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, bu məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tərəfindən media brifinqində təqdim edilib.
Nəsirovun sözlərinə görə, bu dövrdə Azərbaycandan ən çox pul köçürməsi edilən ölkələr aşağıdakılardır:
- Türkiyə – 118 milyon dollar
- ABŞ – 45 milyon dollar
- Rusiya – 44 milyon dollar
- Gürcüstan – 36 milyon dollar
- Böyük Britaniya – 22 milyon dollar
Bu göstəricilər Azərbaycandan xarici ölkələrlə maliyyə əməliyyatlarının həcmini və istiqamətlərini əks etdirir.
Fuad Mədətov
Fins.az