RU

“Hərbi bazalarımıza görə Suriyadakı vəziyyəti diqqətlə izləyirik”- KREML

Kreml Suriyadakı vəziyyəti diqqətlə izləyir.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Moskva Bəşər Əsədin devrilməsindən sonra oradakı vəziyyətə nəzarət edənlərlə əlaqə saxlayır.

“Bu, ona görə lazımdır ki, orada Rusiya hərbi bazaları yerləşir”, – Peskov qeyd edib.

Peskov qeyd edib ki, Kreml Rusiya Silahlı Qüvvələrinin Suriyadakı kontingentinin sayı barədə heç nə deyə bilməz.

Onun sözlərinə görə, bu məsələ Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Eyni zamanda, Kreml rəsmisi bildirib ki, Moskvanın Suriyanın yeni hakimiyyət orqanları ilə təmaslarının nəticələri barədə danışmaq üçün çox az vaxt keçib.

Azpost.info

Избранный
37
18
azpost.info

10Источники