RU

“Gürcü Arzusu” müxalifətin Qaribaşvili ilə bağlı daha bir yalanını təkzib etdi

“Gürcü Arzusu” partiyası daxilində fiziki qarşıdurma barədə yayılan məlumatlar dezinformasiyadır.

Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bu cür informasiyalar ictimaiyyəti çaşdırmaq üçün zəif cəhdlərdir.

“Ötən gün axşamdan radikal müxalifətin nəzarətində olan KİV və maraqlı tərəflər dezinformasiyalar yayırlar ki, guya İrakli Qaribaşvili çoxsaylı travmalarla xəstəxanaya çatdırılıb. Partiya daxilində fiziki qarşıdurmaların olduğu bildirilir.

Bu, növbəti dezinformasiyadır. Əslində “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili məşq zamanı çiynindən zədə alıb və onun kiçik tibbi yardıma ehtiyacı olub. O, fəaliyyətini davam etdirir. Bizictimaiyyəti yayılan yalanlara əhəmiyyət verməməyə çağırırıq”, - deyə hakim partiyanın mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, bu yaxınlarda Gürcüstanın müxalifyönlü mediasında İ.Qaribaşvilinin istefa verməsi barədə məlumatlar yayılmışdı. Partiya sədri açıqlama verərək bu məlumatların həqiqətə uyğun olmadığını bildirmişdi.


Müəllif: Cəmilə Babayeva
Избранный
28
teleqraf.com

1Источники