RU

ABŞ-dən Ukraynaya 20 milyard dollarlıq yeni dəstək

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada ABŞ-nin Ukraynaya 20 milyard dollarlıq kredit vermək öhdəliyini yerinə yetirdiyi bildirilib.

Qeyd olunub ki, sözügedən kredit G7 ölkələrinin Ukraynaya verməyi planlaşdırdığı 50 milyard dollarlıq kreditin bir hissəsidir.

Bildirilib ki, kredit Dünya Bankının fonduna köçürülüb və bu fond vasitəsilə Ukraynanın istifadəsinə veriləcək.

G7 ölkələrinin liderləri iyun ayında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən girov kimi istifadə edərək, Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.

Oktyabr ayında ABŞ bu təşəbbüs çərçivəsində Ukraynaya 20 milyard dollar ayırmağı öhdəsinə götürmüşdü.

Избранный
23
aznews.az

1Источники