Ukrayna Silahlı Qüvvələrinin dekabrın 11-nə keçən gecə Rusiyanın Taqanroq və Bryansk şəhərlərindəki obyektləri hansı silahlarla vurduğu açıqlanıb.
Musavat.com Mash Telegram kanalına istinadən xəbər verir ki, bunlar yeni “Peklo” pilotsuz təyyarələri ola bilər: “Vurulan PUA-ların qalıqları artıq tapılıb və ekspertizaya göndərilib”.
Ehtimallara görə, zərbə hədəfləri Bryanskda “Transneft” şirkətinin neft bazası və Taqanroqdakı elmi-texniki kompleks olub.
Mash Taqanroq və Bryansk hücumlarında istifadə edilən silahların təfərrüatlarını açıqlayıb. İddialara görə, Ukrayna Silahlı Qüvvələri “Palyanitsa” raketlərindən, həmçinin Neptun-MD-dən də istifadə edə bilərdi. Qeyd edilir ki, “Peklo” raketləri 700 kilometr məsafəyə 700 km/saat sürətlə uçur.
Baza Telegram kanalı isə zərbələrin Amerikanın ATACMS raketləri ilə endirilə biləcəyini yazmışdı.
Musavat.com