Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə nöqsan aşkarlanan İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoruna şiddətli töhmət verilib.
Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə şagirdlərdən pul yığılması ilə bağlı müxtəlif iddialar irəli sürülüb.
News24.az xəbər verir ki, milli.az-ın əldə etdiyi məlumata görə, məktəbdə şagirdlərə məcburi olaraq sınaq imtahanı bileti satılırmış.
Valideynin sözlərinə görə, övladına 7 manatlıq sınaq imtahanı bileti məktəb çantasına qoyulub və bu vəziyyət onun narazılığına səbəb olub. Valideyn qeyd edib ki, belə bir halların uşaqlarda rüşvət anlayışını yaratması qəbulolunmazdır.