Bu gün Bakı Kristal Zalında dünya futbolunun ulduzları Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Albanın iştirakı ilə izdihamlı tədbir başlayıb.
QOL.az xəbər verir ki, tədbirdə Messinin sevən minlərlə insan iştirak edir. Onların sırasında Türkiyədən gələn gənclər də var.
Tədbirin əvvəlində “Natiq” ritm qrupunun çıxış edib. Daha sonra dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam konsert proqramını təqdim edib. Ardınca Lionel Messinin futbol karyerasını əks etdirən film nümayiş olunub .
"Azərtac"ın yaydığı xəbərə görə, Messi tədbirdə deyib: “Azərbaycan mədəniyyəti və insanları ilə tanış oldum. Buna görə çox xoşbəxtəm”.
Futbol əfsanəsi ilk dəfədir Azərbaycanda olduğunu qeyd edib: “Bu cür isti qarşılanmaya görə Azərbaycana təşəkkür edirəm”.
Qeyd edək ki, tədbirdə bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədinə yönəldiləcək.