RU

Suriyanın yeni rəhbərindən ilk AÇIQLAMA

Suriyanın paytaxtı Dəməşqdə hakimiyyəti ələ keçirən “Həyat Təhrir əl-Şam”ın lideri Əbu Məhəmməd əl-Colani Böyük Britaniyada yerləşən "Sky News" telekanalına açıqlama verib.   Manset.az xəbər verir ki, Colani Suriya xalqının illərlə davam edən qarşıdurmalardan yorulduqlarını və ölkənin başqa bir müharibə görməyəcəyini vurğulayıb. "Qorxu rejimin mövcudluğundan qaynaqlanırdı. Ölkə inkişafa, yenidənqurmaya doğru gedir. Sabitliyə doğru gedir. İnsanlar müharibədən tükəniblər. Ona görə də ölkə növbəti müharibəyə hazır deyil və başqa müharibəyə girməyəcək. Bizim qorxularımızın mənbəyi İran , Hizbullah və bu gün gördüyümüz qırğınların səbəbkarlarıdır. Onların aradan qaldırılması Suriya üçün bir həll yoludur".
 
Избранный
40
40
manset.az

10Источники