RU

Suriyanın yeni baş naziri mühüm 3 hədəfi açıqladı

Suriya keçid hökumətinin baş naziri Məhəmməd əl-Bəşir qarşıya qoyduqları hədəfləri açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Birincisi, Suriyanın bütün şəhərlərində təhlükəsizliyin və sabitliyin bərpa olunmasıdır. İnsanlar haqsızlıqdan, zülmdən tükənib. Hakimiyyət yenidən qurulmalıdır ki, insanlar öz işlərinə və normal həyata qayıda bilsinlər.

İkincisi, xaricə gedən milyonlarla suriyalını geri qaytarmaqdır. Onların insan kapitalı və təcrübəsi ölkənin inkişafını təmin edəcək. Xaricdəki bütün suriyalılara çağırış edirəm: Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın. Biz yenidən qurmalıyıq, yenidən doğulmalıyıq və hər kəsin köməyinə ehtiyacımız var”, - baş nazir deyib.

Üçüncü hədəflərinin strateji planlaşdırma olduğunu bildirən əl-Bəşir, suriyalıların elektrik, çörək və su kimi əsas xidmətlərin olmadan yaşaya bilməyəcəklərini vurğulayıb:

“Biz keçid hökumətiyik, lakin bu mövzuda işə başlamalıyıq. Hələb, Həma və Dəməşqə girdiyimizdə suriyalılar ikiqat qaranlıqda yaşayırdı: rejimin qaranlığı və elektrik verilişinin fasiləsi zamanı yaranmış qaranlıq. Bu tamamilə qəbul edilməzdir”.

Baş nazir eyni zamanda vurğulayıb ki, Suriyanın iqtisadi vəziyyəti çox ağırdır:

“Dövlət büdcəsində sadəcə dəyəri olmayan Suriya lirəsi var. Xarici valyutamız yoxdur, kreditlərə və istiqrazlara gəlincə, biz hələ də məlumat toplayırıq. Yəni maddi cəhətdən çox pisik. Borc böyükdür, çətinliklər çox böyükdür, lakin bizim uğur qazandığımız İdlib təcrübəmiz var. Suriyanı inkişaf etdirə bilərik. Bu vaxt aparacaq, amma buna nail oalcağıq”.

Избранный
61
3
axar.az

4Источники