RU

Deyr-əz-Zor kürdlərin nəzarətindən çıxır?

AzVision.az xarici medianın yaydığı məlumatlara istinadən xəbər verir ki, Deyr əz-Zor kürd şəhəri sayılmasa da, İraq sərhədinə yaxınlığına görə strateji əhəmiyyət kəsb edir və həm də İrandan gələn böyük miqdarda silahların tranzit məntəqəsi hesab olunur.

“Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani vəziyyəti nəzarətə götürməsə, xarabalığa çevrilmiş ölkədə vətəndaş müharibəsinin yeni mərhələsi başlaya bilər”,- xarici mətbuat yazır.

Qeyd edək ki, ABŞ-nin dəstəklədiyi “Suriya Demokratik Qüvvələri (SDQ)” kimi tanınan terrorçu PKK/YPG-nin başçılıq etdiyi qruplaşmalar bir neçə gün əvvəl Deyr əz-Zor şəhərini tutublar.
“Reuters” agentliyinin məlumatına əsasən, kürd terrorçuları Əsəd ordusu, eləcə də İran və İraqdan gələn şiə orduları geri çəkildikdən sonra şəhəri ələ keçirib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
43
azvision.az

1Источники