Bu ilin noyabr ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ən çox şikayət edilən bank 3,46 indeksi ilə “Yapı Kredi Bank Azərbaycan” seçilib. Ötən ay bu rəqəm 2,08 bənd təşkil edib. Başqa sözlə, bir ayda bankdan şikayətlər 66% artıb.
“Yelo Bank” isə 2,56 indeksi ilə siyahıda ikinci, “Accessbank” isə 2,16 indeksi ilə üçüncü olub.
Son bir ayda şikayətlərin kəskin artan bankların siyahısında “Azər-Türk Bank” da var. Bankın şikayət indeksi bir ayda 0.67 bənddən 2.15 bəndə yüksəlib. Bu isə 3,2 dəfə artım deməkdir.
Top-5-liyi eyni indeksdə olan digər bir bank - “Unibank” tamamlayır. Son bir ayda bankın şikayət indeksi 1.77 bənddən 2.15-ə yüksəlib. Başqa sözlə, bankdan şikayətlər 21%-dən çox artıb.