RU

Müğənni Musa Musayev: "Bunlar pula görə işləyən adamlardır"

Müğənni

Müğənni Musa Musayev "Tarixin bir günü" verilişini əsəbiləşib yarımçıq tərk edib.

Reyting.az
Axşam.az-a istinadla xəbər verir ki, buna səbəb proqramın aparıcısı Tarix Əliyevin (Tolik) ona hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı sual verməsi olub.

Tolikin "Sizin hazırda məhbus olan Təranə Səmədova ilə illər əvvəl baş verən münaqişəniz hər dəfə gündəmə gətirilir. Bir də sizin xarici mahnı oxumağınız gündəm olur. Sizcə bunu edənlər kimdir" sualını eşidən M.Musayev özündən çıxıb:

"Həmin insanlara yazıqlar olsun, Təranənin isə Allah qapısını açsın. Bunlar pula görə işləyən adamlardır. Kimisə öldürmək üçün killer tuturlar, bunlar da onlardandır. Məni əsəbiləşdirmək üçün edirlər. Belə şeylərə görə efirə çıxmıram. Bir ildən çoxdur verilişlərə getmirəm. Tolik, sənə hörmət edib gəldim. Amma məni bağışlayın, bunlar mənlik deyil. Belə söhbətləri qəbul etmək istəmirəm. Həyatda düşmənim yoxdur. Kimsə düşmənçilik edirsə, Allah cəzasını verəcək".

Bu sözləri deyən Musa mikrofonu qoyaraq efirdən gedib.

Onun həyat yoldaşı, müğənni Təranə Qumral isə "Onun TikTok-u və başqa sosial şəbəkə hesabı yoxdur. Qoymuram elə şeylərə Musa baxsın və əsəbiləşsin" deyə, etiraz edib. 

Qeyd edək ki, Təranə və Musa arasında "Space" kanalında verilişlərin birində dava düşmüşdü. 
Избранный
52
50
reyting.az

10Источники