RU

“Karvan”ın şikayəti təmin edilmədi

Apellyasiya Arbitraj Tribunalı “Karvan” klubunun apellyasiya şikayəti ilə bağlı qərarı açıqlanıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yevlaxlıların şikayəti təmin edilməyib.

1. Şikayətçi “Karvan” Futbol Klubunun apellyasiya şikayəti təmin edilməsin.

2. 27.11.2024-cü il tarixdə I Liqanın VIII turu çərçivəsində keçirilən “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, “Karvan” klubunun 300 manat cərimə edilməsi (2024/2025 mövsümü üçün təsdiq edilmiş AFFA İntizam Məcəlləsinin 43.3-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

Избранный
24
12
idmanxeber.az

10Источники