RU

Naxçıvanda vergi daxilolmaları artıb

Baakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti iləbüdcəyə 202,8 milyon manat vergi daxil olub.

Bu barədə Trend Dövlət VergiXidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,4milyon manat və ya 34,9 faiz çoxdur. Cari ilin 11 ayında Naxçıvandavergi daxilolmaları üzrə proqnoz 128 faiz icra edilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasında 1 dekabr 2024-cü iltarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə37,9 faiz artaraq 21.374 olub.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 27,6 faiz artıbvə 546 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin)sayı isə ilin əvvəli ilə müqayisədə 14,6 faiz artaraq 6.101-əçatıb.

Избранный
39
5
az.trend.az

10Источники