RU

"Coca-Cola" və "Pepsi" uşaqlarda asılılıq yaradırmı? - Məhkəmə iddiası

Amerikalı Bryus Martinez (Bruce Martinez) ABŞ-ın bir sıra iri şirkətlərinə, o cümlədən "Coca-Cola", "Pepsi" və "Mars"a qarşı iddia qaldıraraq, onların məhsullarını uşaqlarda asılılıq yaradacaq şəkildə qəsdən istehsal etdiklərini bəyan edib. 

Valyuta.Az xəbər verir ki, bu barədə iddiaçı vasitəsilə məhkəməyə müraciət edən "Morgan & Morgan" hüquq firması məlumat yayıb.  

Martinez bildirib ki, bu şirkətlərin məhsullarından istifadə etdiyi üçün 16 yaşında ona ikinci tip şəkərli diabet və alkoqolsuz piylənmiş qaraciyər xəstəliyi diaqnozu qoyulub. Hal-hazırda 18 yaşı olan iddiaçı artıq sağlamlıq problemlərindən əziyyət çəkdiyini və ömrü boyu xəstə olma ehtimalının yüksək olduğunu vurğulayıb.  

Ümumilikdə, iddiada 11 şirkət cavabdeh kimi qeyd olunub. Yuxarıda adları çəkilənlərdən əlavə, siyahıya "Kraft Heinz Company", "Mondelez International" və İsveçrənin "Nestle" şirkətinin ABŞ filialı da daxildir.  

"Morgan & Morgan" hüquq firmasının məlumatına görə, iddiada istehsalçıların uşaqlarda məhsullarına asılılıq yaratmaq üçün gördükləri tədbirlər sadalanır. Xüsusilə, şirkətlərin daxili yazışmalarından və inkişaf toplantılarından əldə edilən bəzi məlumatlar təqdim olunub. Eyni zamanda, iddiada dərin emal olunmuş qidaların zərərləri haqqında elmi araşdırmalara istinadlar yer alıb.  

Rəhim

Избранный
32
valyuta.az

1Источники