RU

Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 15-ci sanksiya paketi ilə bağlı razılıq əldə ediblər

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin səfirləri Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” hesabında paylaşım edib.

O, Aİ səfirlərinin bu addımını alqışlayıb və artıq növbəti sanksiya paketi üzərində işə başlandığını vurğulayıb:

?Biz artıq növbəti paket üzərində işləyirik və Rusiya mesajımızı alana qədər davam edəcəyik?.

Qeyd edək ki, yeni tədbirlər paketinə fərdi sanksiyalar daxildir və Rusiyaya yardım edən üçüncü ölkələrin məhkəmələrinin fəaliyyətini məhdudlaşdırır.

Xatırladaq ki, bu ilin iyunun 24-də Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 116 fiziki və hüquqi şəxsi əhatə edən 14-cü sanksiyalar paketini qəbul edib.

Избранный
60
34
banker.az

10Источники