RU

"Ximki"nin Azərbaycan əsilli prezidenti ev dustaqlığına buraxılıb

Rusiyanın "Ximki" klubunun Azərbaycan əsilli prezidenti Tufan Sadıqov həbsi ilə bağlı xəbərlər yayılıb.

İdman.biz xəbər verir ki, hüquq-mühafizə orqanları həbslə bağlı rəsmi məlumat yaymayıblar.

İlkin məlumatlara görə, Sadıqovun saxlanılmasının "Ximki" - "Krılya Sovetov" matçının araşdırılması və ya onun rəhbərlik etdiyi şirkətdəki maliyyə əməliyyatları ilə bağlı olma ehtimalı var. Artıq iş adamının ofisində axtarış aparıldığı da yayılıb. Daha bir versiya ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291.2-ci “Xırda rüşvət alma” maddəsi ilə iş açılması ilə bağlıdır.

Qeyd edək ki, Rusiya mətbuatında Tufan Sadıqovun ev dustaqlığına buraxıldığı bildirilib.

İdman.biz

Избранный
55
1
idman.biz

2Источники