RU

Qroznıya hücum edilib

Dekabrın 12-də gecə pilotsuz uçuş aparatı Çeçenistanın Qroznı şəhərində Daxili İşlər Nazirliyinin ikinci polk binasına hücum edib. Bu barədə Kavkaz.Realii-nin mənbəsi məlumat verib.

Mənbənin iddiasına görə, hadisə nəticəsində 6 təhlükəsizlik əməkdaşı yaralanıb, tələfat barədə məlumat yoxdur. Sosial media istifadəçiləri şəhərdə partlayış səsləri eşitdiklərini bildiriblər.

Rəsmi hakimiyyət hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Nəşr xatırladır ki, bu, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri Çeçenistanda üçüncü dron hücumudur. Əvvəlki hücum, 4 dekabr tarixində də ikinci polkun bazasını hədəf aıb. Çeçenistana ilk PUA hücumu 29 oktyabrda baş vermişdi və nəticədə Gudermesdəki Xüsusi Təyinatlılar Universitetinin binalarından birinin damı yanıb.
 

N.Təbrizli










www.anews.az
Избранный
24
4
anews.az

10Источники