RU

Bu xərçəng növləri nəsildən-nəslə keçir – SİYAHI

Bir xəstəliyin real səbəbi tapılmadıqda çox vaxt “yəqin genetikdir” deyilir. Amma onkoloqlar həqiqətən də bəzi xərçəng növlərinin nəsildən nəslə ötürüldüyünü bildirir. Amma nəsildə kimdəsə xərçəng olubsa, bu o nəsildən hər kəsin xərçəng olacağı demək deyil.

Busaat.az Medicina.az-a istinadən Onkoloji Xəstəliklərlə Mübarizə Assosiasiyasının yaydığı siyahını təqdim edir:

Bir insanın mədə xərçəngi olması ömür boyu 1-2%-dir. Əgər genetik mutasiya varsa, bu, riski 70% artırır. Adətən nəsil xərçəngi insanı daha gənc yaşlarda yaxalayır. Əsasən 40-50 yaş arası artıq büruzə verir.

Uşaqlarda onkologiya isə çox zaman nəsillə əlaqəli olmur.

Nəsildən keçən onkoloji xəstəliklər: reproduktiv və həzm orqanları sistemini əhatə etməklə 2 qrupa bölünür.

Süd vəzi, uşaqlıq, yumurtalıq, xaya, prostat, mədə, bağırsaq, mədəaltı vəz xərçəngi nəsildən-nəslə keçir.

Hazırda tibb məlum təhlükəli mutasiyaları əvvəlcədən göstərən genetik testlər var.

Ailəsində, nəslində bu xəstəliyi olanlar bu testlərdən keçib, hansı onkoloji xəstəliyin riskini daşıdığını öncədən bilib, ona uyğun tədbirlər görə bilər.

Избранный
29
9
busaat.az

10Источники