RU

AFFA-dan növbəti biabırçılıq: "Qəbələ"nin oyununa hakim təyin etməyi unutdular - FOTO

Azərbaycan futbolunda növbəti biabırçı hadisə yaşanıb.


 AFFA U-15 Liqası çərçivəsində keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Bu barədə bölgə təmsilçisinin baş məşqçisi Namiq Hacızadə məlumat yayıb.


Qarşılaşmanın baş tutmamasına səbəb isə AFFA Hakimlər Komitəsinin görüşə hakim təyin etməyi unutması olub:


“Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futboluna nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.

//Publika.az 

Избранный
35
6
referans.az

9Источники