RU

BƏƏS ərəblər üçün bəs oldu: Səddamın və Əsədin partiyaları necə qurulmuşdu?

Suriyada 60 ildən çox iqtidarda olmuş BƏƏS Partiyası fəaliyyətini dayandırıb.

Tribunainfo.az bu partiyanın tarixi haqda bəzi bilgiləri oxucuları ilə bölüşür:
Əvvəla, partiya ərəb sosializmi ideologiyasına mənsub idi və ifrat solçuluq təmayüllü olub. Partiya Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən qurulub. Partiya 1947-ci ildə təsis olunub. Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadı idi. İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir.
Suriya versiyasına görə partiyanın Baş katibi 10 iyun 2000-ci ildə ölümünə qədər Hafiz Əsəd olmuşdu. 2000-ci ildən Suriya regional rəhbərliyin katibi Bəşər əl-Əsəd idi. O, devrildi, Səddam asıldı və bununla da hər iki ərəb dövlətində BƏƏS erası başa çatdı…

Roman

Избранный
14
tribunainfo.az

1Источники