RU

“Məşhur”a verilən mükafat və ya “Altın Kələbəy”in kələyi: “Bu, kriminal araşdırma mövzusudur”

50-ci dəfə keçirilən “Altın Kələbək” mükafatlandırma gecəsində Azərbaycanı bu il aparıcı Fəridə Abdulla, aktrisa Dəniz Tacəddin və müğənni Rilaya Hüseynzadə təmsil edib. Hər bir təmsilçi “Azərbaycanın parlayan ulduzları” nominasiyası üzrə mükafat alıb.

Müğənni Rilaya Hüseynzadənin mükafatlandırma mərasimindəki çıxışı sosial şəbəkələrdə tənqid edilib. Rilayanın Azərbaycan dilində danışmaqda çətinlik çəkməsi diqqətdən qaçmayıb. Bununla yanaşı, ifaçının Azərbaycanda bir o qədər də tanınmadığı vurğulanıb. Qeyd edilib ki, ölkədə böyük əksəriyyətin tanımadığı, mahnılarını bilmədiyi şəxsin “Azərbaycanın parlayan ulduzu” seçilməsi ədalətli deyil.

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Publika.az-a açıqlamasında bildirib ki, mükafatlandırılan hər bir şəxsin öz fəaliyyəti olmalıdır:

“Cəmiyyət mükafat alan şəxsi tanımalıdır. Şəxsən mən həmin müğənnini tanımıram. Azərbaycan cəmiyyətinin tanımadığı birinin başqa bir dövlətdə “Azərbaycanın parlayan ulduzları” nominasiyası üzrə mükafat alması dəhşətdir. Bu, kriminal araşdırma mövzusudur. Ulduzu cəmiyyət tanımalıdır. Altında başqa hansısa səbəblər varsa, onu bilmirəm. Bəlkə həqiqətən də yaxşı oxuyur, sadəcə mən dinləməmişəm”.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, həm Azərbaycan daxilində, həm də xaricdə mükafatlandırma ilə bağlı məsələlərə rəsmi dövlət qurumları nəzarət etməlidir:

“Xüsusən də bizə yaxın olan ölkələrdə keçirilən müxtəlif müsabiqələr və mükafatlandırma mərasimlərinə cəmiyyətdə hər zaman şübhələr var. Söhbət yalnız mükafatdan gedirsə, dünyada çox böyük mükafatlar var. Onların seçim turları da göz önündə olur. Azərbaycanla yanaşı Türkiyədə də çox qəribə mükafatlandırma mərasimləri təşkil olunur. Bu sahədə artıq bazarlaşma gedir. Həmin namizədlərlə danışılır, onlara ianə və ya hansısa ödəniş müqabilində mükafatlar, adlar verirlər. Azərbaycanda tanınmayan, toy müğənnisi olan, sosial şəbəkə üçün videolar çəkən şəxslər Türkiyədə Azərbaycanın ilin sənətçisi, ilin parlayan ulduzu olur”.

“Mükafat alan şəxslərin böyük əksəriyyətini tanımıram. Əgər mən mədəniyyət adamı, kulturoloq olaraq onları tanımıramsa, Türkiyədə onları necə tanıyıblar? Bütün bunlar sual altındadır. Eyni zamanda bu məsələlər imicimizə təsir edir”, – A. Əbilov vurğulayıb.

Избранный
12
1
moderator.az

2Источники