RU

Suriyanı 60 ildən artıq idarə edən Baas Partiyası fəaliyyətini dayandırıb

.

Suriyanı son 60 ildə idarə edən Ərəb Baas Partiyasının Suriya regional qolu ölkədəki fəaliyyətini dayandırdığını elan edib.

Bəyanat partiya qəzetinin saytında dərc olunub. Baas-a məxsus bütün silahlar, əmlak, texnika və maşınlar Suriyanın müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinə təhvil veriləcək.

Baas Partiyasının Suriya regional qolu 1966-cı ildə Birləşmiş Ərəb Sosialist İntibah Partiyası daxilində parçalanmadan sonra yaranıb. Partiya Suriya hökumətinə rəhbərlik edib və bu ölkədə hakim partiya olub. 1970-ci ildən partiyaya Hafiz Əsəd rəhbərlik etməyə başlayıb. Onun ölümündən sonra partiyaya oğlu Bəşər Əsəd rəhbərlik edib.

İslamçı qruplar noyabrın sonunda Suriyaya hücuma başlayıb. İki həftə keçməmiş onlar Dəməşqə daxil olub ölkədə hakimiyyəti ələ keçirdilər. Bəşər Əsəd Rusiyaya gedib və oradan siyasi sığınacaq alıb. Bundan sonra ölkədə hakimiyyətin ötürülməsi prosesi Suriyanın keçmiş hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali tərəfindən koordinasiya edilib. Dekabrın 10-da “Həyat Təhrir əl-Şam” lideri Əbu Məhəmməd əl-Culaninin şəriki Məhəmməd əl-Bəşir 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək keçid hökumətinin başçısı təyin olunduğunu elan edib.

Oxuməni.az

Избранный
39
oxumeni.az

1Источники