RU

"Ruslar Krımı heç vaxt tərk etməyəcəklər!" - Slovakiya prezidenti

Rusiya heç vaxt Krımı tərk etməyəcək və "Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası", Zaporojye və Xerson vilayətlərinin  ərazilərini də tərk etməyəcək. Bunu Slovakiyanın baş naziri Robert Fitso Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində bildirib.

“Əgər siz hətta azmaz belə realistsinizsə, etiraf etməlisiniz ki, Rusiya heç vaxt Krımı, Donetsk və Luqanskı tərk etməyəcək. Bu o deməkdir ki, Ukrayna öz ərazisinin bir hissəsini itirəcək”, - o vurğulayıb.

Fitsonun sözlərinə görə, bu ərazilərin artıq Rusiyanın bir hissəsi olmasına hörmətlə yanaşmaq lazımdır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
28
news365.az

1Источники