RU

Tramp Si Cinpini Vaşinqtona DƏVƏT ETDİ - İnauqurasiyada başqa kimlər iştirak edəcək?

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan inauqurasiya mərasiminə Çin Dövlət Başçısı Si Cinpini dəvət edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb. Bildirilib ki, dəvət noyabrın əvvəlində, Trampın seçkilərdə qələbəsindən az sonra göndərilib, lakin Çin liderinin dəvəti qəbul edib-etmədiyi bəlli deyil.

 

Bundan başqa, mərasimin yüksək rütbəli qonaqları arasında Macarıstanın Baş naziri Viktor Orbanın da iştirak edəcəyi gözlənilir.

 

ABŞ prezidentinin andiçmə mərasimlərində adətən səfirlər və digər yüksək rütbəli diplomatlar iştirak edirlər. ABŞ Dövlət Departamentinin məlumatına görə, 1874-cü ildən bəri heç bir xarici lider mərasimdə iştirak etməyib.

 

Firuzə Əliyeva

Sfera.az

Избранный
32
50
sfera.az

10Источники