Böyük texnologiya şirkətlərinin süni intellekt sahəsindəki rəqabəti davam edərkən, "Apple" yeni çip hazırlığı ilə diqqət çəkir.
Valyuta.Az xəbər verir ki, "Apple" süni intellekt üçün xüsusi olaraq dizayn edilmiş ilk server çipini hazırlayır.
Məlumata görə, "Apple" süni intellektin işlənməsi üçün mühüm əhəmiyyət daşıyan çipin şəbəkə texnologiyası üzərində "Broadcom" ilə əməkdaşlıq edir.
"Apple"ın "Baltra" adlanan və 2026-cı ilə qədər seriyalı istehsala hazır olması gözlənilən süni intellekt çipində uğur qazanması, şirkət üçün mühüm dönüş nöqtəsi ola bilər.
Komanda, "iPhone" üçün qabaqcıl texnologiyaya əsaslanan çiplər dizayn etdikdən sonra performans və enerji səmərəliliyi baxımından yeni standartlar müəyyən edən "Mac" prosessorlarını hazırlamağa başladı.
"Apple"ın istehlakçı məhsulu olmaqdan daha çox şirkət daxili istifadə üçün nəzərdə tutulan öz server çipini hazırlamaq qərarı, süni intellekt çipləri bazarına hakim olan "Nvidia"dan çip almamaqla bağlı uzunmüddətli mövqeyini də nümayiş etdirir.
"Apple" keçən ay "Apple Intelligence" adı ilə tanınan ilk generativ süni intellekt funksiyalarını bəzi ölkələrdə yeni "iPhone" və "Mac" istifadəçilərinə təqdim etməyə başlayıb.
HƏMÇİNİN OXU: Süni intellekt yarışında "Apple" və "Amazon" ittifaqı: "Nvidia" təzyiq altında
Bu funksiyalar arasında mətn yaratmaq və redaktə etmək, şəkil yaratmaq, bildirişləri və veb səhifələri qısaca təqdim etmək kimi xüsusiyyətlər mövcuddur.
Rəhim