RU

Günay Əfəndiyeva: “Türkdilli xalqlar arasında inteqrasiya gücləndirilir”

Dekabrın 10-da Azərbaycan Milli Kitabxanasında Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib.

 XALQ.AZ məlumat verir ki, iclasda 7-dən artıq ölkədən nümayəndələr, TÜRKSOY təşkilatı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Respublikası və başqa ölkələrin milli kitabxana direktorları iştirak ediblər.

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu, TÜRKSOY-un Baş katibi Sultan Raev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,  Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Azərbaycanda bu cür mühüm təşkilatın yaranmasına vacib məsələ olduğunu vurğulayıb. Qeyd edib ki, türkdilli xalqlar arasında inteqrasiyanı saxlamaq və daha da möhkəmləndirmək lazımdır. Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasında Türk Dünyasına inteqrasiya vacib yer tutur və bu gözəl təşəbbüs ölkəmiz üçün böyük önəm daşıyır. Günay Əfəndiyeva çıxışında qeyd edib ki, bütün Türk ölkələrinin aktiv iştirakı ilə bu təşkilat Türk Dünyasında mədəniyyət və informasiya mübadiləsini gücləndirən, beynəlxalq əməkdaşlığı təşviq edən mühüm bir platformaya çevriləcəkdir.

Избранный
16
xalq.az

1Источники