RU

Suriyanın parçalanması bizim marağımıza uyğun deyil - Blinken

Bakı,TurkicWorld

Əgər Suriya əks istiqamətə gedərək parçalansa, daha çox kütləvi köç, terror və ekstremizmin mərkəzinə çevrilən bir bölgə görəcəyik və bunların heç biri bizim marağımıza uyğun deyil.

TurkicWorld xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antnoni Blinken deyib.

Blinken Suriyadakı keçid prosesini yaxından izlədiklərini və ölkədə sabitliyin əldə olunacağına ümid etdiklərini qeyd edib.

Suriyada İŞİD-in dirçəlməsinə imkan verəcək mühiti əsla istəmədiklərini açıqlayan Blinken YPG/PKK-nın adını çəkərək, bu mövzuda terror təşkilatı ilə birlikdə çalışdıqlarını bildirib.

Blinken, əvvəlki prezidentlər Barak Obama və Donald Trampın dövründə Suriyada İŞİD təhdidinin aradan qaldırılması üçün atılan addımların uğurlu olduğunu və Bayden administrasiyasının da bu mövzuda qətiyyətlə hərəkət etdiyini bildirib.

Blinken Əsədin ölkəni bir araya gətirmək məqsədi daşıyan hər hansı siyasi prosesdə iştirakdan imtina etməsinin rejimin dağılmasında mühüm rol oynadığını da vurğulayıb.

Избранный
7
turkic.world

1Источники