RU

Futbolumuzda biabırçı olay - Oyuna hakim təyin etmək yaddan çıxdı

Azərbaycan futbolunda biabırçı hal yaşanıb.

News24.az qol.az-a istinadla xəbər verir ki, AFFA-nın müvafiq komitəsi U-15 liqasında keçirilməli olan "EFA" - "Qəbələ" oyununa hakim təyin etməyi unudub.

Bu haqda əvvəlcə "Qəbələ" Futbol Akademiyasının keçmiş əməkdaşı Namiq Hacızadə sosial şəbəkə hesabında məlumat yayıb. 

O yazıb: “Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.

Məsələ ilə bağlı AFFA da açıqlama verərək məlumatı təsdiqləyib. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az-ın müxbiri ilə söhbətində baş verənlərlə bağlı ölçü götürüləcəyini bildirib: "Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq".


Избранный
47
2
news24.az

9Источники