ABŞ-ın Hind-Sakit Okean Mərkəzinin komandanı admiral Samuel Paparonun sözlərinə görə, Rusiya Şimali Koreya ilə artan hərbi tərəfdaşlıq çərçivəsində qırıcı təyyarələr tədarük etməyi planlaşdırır.
İndex.az xəbər verir ki, Paparo bildirib ki, Moskva Şimali Koreyanın Ukraynadakı müharibəni dəstəkləmək üçün Rusiyaya qoşun göndərməsi müqabilində Pxenyana MiQ-29 və Su-27 döyüş təyyarələri göndərməyə razılaşıb.
O, Şimali Koreya qoşunlarının Kursk bölgəsində ola biləcəyini xatırladıb, lakin qeyd edib ki, bu qoşunlar hələ aktiv döyüşmürlər.