Bu şəhərə əvvəllər Kürdüstan Fəhlə Partiyası nəzarət edirdi.
Turkustan.az xəbər verir ki, Ankaranın dəstəklədiyi Suriya Xalq Ordusu Suriyanın şimalındakı Mənbic şəhəri üzərində tam nəzarəti ələ keçirib. Bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən TRT Haber telekanalı məlumat yayıb .
Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasını Mənbic üzərində nəzarətdən məhrum etmək məqsədilə əməliyyat dekabrın 8-də başlayıb.
"MNM Mənbic üzərində tam nəzarəti təmin etdi və bu ərazini terrorçulardan təmizlədi" - deyən Türkiyə hərbi idarəsi bu addımı ona bitişik ərazidən gələn terror təhlükəsinin aradan qaldırılması üçün vacib adlandırıb.
Aytən Yaşar/ Turkustan.az