Azərbaycanın futzal millisinin AÇ-2026-nın əsas mərhələsinin 5-ci qrupundakı rəqibləri İsveç və Yunanıstan yığmaları qarşılaşıb.
Rekord.az xəbər verir ki, görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Vitali Borisovun baş məşqçisi olduğu yığma əsas mərhələdə ilk oyununu dekabrın 17-də İsveçə qarşı keçirəcək. Görüş Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.