RU

Keçmiş baş naziri partiyadaşları döyüb - İddia

Gürcüstanın keçmiş Baş naziri, “Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili ciddi xəsarətlərlə Tbilisidəki Amerikan xəstəxanasına yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu iddia "Mtavari arxi" kanalına məxsusdur.

Telekanalın məlumatına görə, "Gürcü arzusu" partiyasında əlbəyaxa dava olub. İrakli Qaribaşvilinin travmatologiya şöbəsində olması barədə sözügedən telekanalın efirində Bidzina İvanişvilinin birgə investisiya fondunun keçmiş sədri Giorgi Baçiaşvili də danışıb.

“Gürcü Arzusu” funksionerləri eks-baş nazirin idman zamanı aldığı zədəyə görə xəstəxanaya yerləşdirildiyini bildiriblər. Hakim partiya yayılan xəbəri dezinformasiya adlandıraraq ictimaiyyəti yalana əhəmiyyət verməməyə çağırıb.


Telegram kanalımız
Избранный
41
yenisabah.az

1Источники