"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinin 60%-ni tamamlayıb.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə ADY-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
"Yol üzərindəki tunellərdən biri artıq tamamilə hazırdır, digər tuneldə isə qazıntı işləri görülüb. Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri başa çatıb və tikinti sürətlə davam edir", - deyə Rövşən Rüstəmov qeyd edib.
Bununla yanaşı, sədr əlavə edib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi tam başa çatdırılıb: "Hazırda Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin tikintisinin ikinci mərhələsi icra olunur. Kompleksin növbəti aylar ərzində tam hazır olması gözlənilir".