“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-ni tamamlayıb.

İndex.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

“Yol üzərindəki tunellərin biri artıq tam hazırdır, ikinci tuneldə isə qazıntı işləri aparılıb. Yəni, Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir”, – o vurğulayıb.

Bundan başqa, sədrin sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin də inşası artıq tamamlanıb: “Hazırda Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin inşasının ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir”.

Report