RU

Qusarda Ümumilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Qusarda  Ümumilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ümumrayon  tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin Qusar şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin muzeyinə baxış keçirilib. Mərkəzin iclas zalında davam etdirilən tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. O, Heydər Əliyevin çoxşaxəli fəalliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Daha sonra çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ideya və əməllərinin həyata keçirilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Lamiyə Abdullayeva  Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısını vurğulayıb.

Sonda "Xalqa bağışlanan ömür" filmi nümayiş olunub.

Избранный
16
1
yeniazerbaycan.com

2Источники