RU

Qaribaşvili davanı və xəsarət almasını təkzib edib

“Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili partiyadan getməsi ilə bağlı məlumatı absurd adlandırıb.

APA  xəbər verir ki, bu barədə İrakli Qaribaşvili “Rustavi2” telekanalına verdiyi müsahibəsində bildirib.

O, hakim partiyanın sədri kimi fəaliyyətini davam etdirdiyini qeyd edib.

Qaribaşvili onun çoxsaylı xəsarətlərlə klinikaya daxil olması barədə yayılan məlumatı da absurd adlandırıb. Onun sözlərinə görə, məşq zamanı qolundan zədə alıb və tibb müəssisəsində müayinələrdən keçib.

“Son günlər ictimaiyyətin gördüyü absurd böhtanlara, ittihamlara, yalanlara cavab vermək istəyirəm. Biz bəyanat da yaydıq. Mətbuatda etiraz əlaməti olaraq partiyanı tərk etdiyim, komandadan ayrıldığım, nəyəsə etiraz etdiyim, hətta böhran zamanı, ölkəmiz çox böyük problemlərlə üzləşən zaman bu fonda partiyadan ayrılmağım barədə məlumat yayılıb. Bu absurddur. Məni tanıyanlar – məncə hamı məni yaxşı tanıyır – bilir ki, bu mənim tərzim deyil. Mənim qaydalarım, prinsiplərim var. Mən bütün şüurlu həyatım boyu bu qaydalarla yaşayıram və heç vaxt bu qaydalardan kənara çıxmayacağam” – deyə İrakli Qaribaşvili bildirib.

Избранный
39
5
azpost.info

6Источники