RU

AFFA U-15 Liqası oyununa hakimlərin gəlməməsinin səbəbi müəyyənləşib - EKSKLÜZİV

AFFA U-15 Liqasında dünən keçirilməli olan EFA - "Qəbələ" oyununa hakimlərin gəlməməsinin səbəbi müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, qarşılaşmanın baş tutmamasına texniki problemlər səbəb olub.

Daha dəqiq desək, aşağı yaş qruplarından ibarət liqaların oyunlarına hakim təyinatlarını gerçəkləşdirən təşkilatçı qurumun referilərə göndərdiyi bildiriş e-maili onlara çatmayıb.

Qarşılaşmaya təyinat alan ədalət qoruyucuları təşkilatçılar tərəfindən heç bir e-mail almadıqlarını bildiriblər. Qarşı tərəf isə bildirişin göndərildiyini, lakin texniki xətanın baş verdiyini əsas gətirib.

Qeyd edək ki, sözügedən matç dünən, saat 16:30-da başlamalı idi.

Избранный
25
1
far.az

2Источники