RU

Teylor Sviftin ayaqqabısının qopan dabanı xərçəng xəstəsini xilas edib

Məşhur müğənni Teylor Sviftin pərəstişkarı Felipe Konrado sənətçinin konsertinin köməyi ilə xərçəng xəstəsi olan əmisiqızına kömək edib.

Musavat.com xəbər verir ki, bu barədə “People” məlumat yayıb.

Xərçəng xəstəliyi qoyulan qızın əmisi oğlu olan Felipe Sviftin Rio-de-Janeyroda keçirilən “Eras Tour” şousunda iştirak edib. O, ön sırada oturub. Sənətçinin səhnədə çıxış etdiyi zaman kəskin hərəkət edərkən ayaqqabısının dabanı qopub və Felipeyə doğru uçub. Gənc üstünə gələn predmeti havada tutub.

Ertəsi gün o, bu “hədiyyə”ni satmaq qərarına gəlib. Məşhur ulduzun ayaqqabısının dabanının alıcısı apılıb. F.Konrado qazandığı pulla qohumunun bahalı müalicəsini ödəyib. O, mediaya bildirib ki, əmisiqızının müalicəsi sənətçinin sayəsində sentyabrda başa çatıb.

Xatırladaq ki, “New York Times” müğənni Teylor Sviftin tarixdə ən çox gəlir gətirən turne rekordunu qırdığını yazıb. Onun dünya turu 2 milyard dollardan çox vəsait toplayıb və Svifti milyarder edib. İndi o, dünyanın ən məşhur və ən varlı müğənnisidir.

Musavat.com

Избранный
33
musavat.com

1Источники