Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti iclasının 2025-ci il mayın 30-da Tacikistanın paytaxtında keçirilməsi təklif edilir.
Oxu24.com xəbər verir ki, bu barədə dekabrın 12-də MDB-nin baş katibi Sergey Lebedev məlumat verib.
"MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2025-ci il mayın 30-da Düşənbə şəhərində keçirilməsi təklif olunur", - o, Moskvada keçirilən iclasın əvvəlində deyib.
Lebedevin sözlərinə görə, Tacikistan rəhbərliyi artıq görüşün keçirilməsinə razılıq verib.