RU

Cəlilabadda Heydər Əliyevin anım mərasimi - Fotolar

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir.

Azərbaycanın hərtərəfli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider rəhbərliyi ilə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb.

Müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətimiz və tariximiz qarşısında xidmətləri misilsizdir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcəkdir.

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Cəlilabad və Göytəpə şəhərlərindəki Heydər Əliyev Parkında, həmçinin Alar kənd 1 saylı tam orta məktəbinin ərazisində yerləşən abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Həmçinin anım günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən ehsan süfrəsi təşkil olunub. Ehsan mərasimində Ümummilli Liderin ruhuna dualar oxunub və əziz xatirəsi bir daha ehtiramla anılıb.








Избранный
21
qafqazinfo.az

1Источники