RU

Vüqar Qurbanov: Hədəfimiz çox qısa müddətdə ölkə üzrə xəstəxanalarda onlayn növbənin tətbiq olunmasıdır

Bakı, 12 dekabr, AZƏRTAC

Artıq Bakı şəhərində və regionlarda olan bir çox xəstəxanalar onlayn növbə rejiminə keçib. Hədəfimiz odur ki, çox qısa müddətdə bütün ölkə üzrə onlayn növbələrə başlayaq və vətəndaşlar əvvəlcədən növbəyə yazılmaqla həkim qəbullarına düşə bilsinlər.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

V.Qurbanov bildirib ki, bütün xəstəxanalarda növbə sistemi qurulub və vətəndaş xəstəxanaya müraciət etdikdə elektron növbə əldə edə bilir.

Избранный
18
azertag.az

1Источники