RU

Biləsuvarda 4 yaşlı uşaq nədən ölüb?


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ötən gün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 4 yaşlı N.Ə ilə bağlı açıqlama verib.

"Medicina" xəbər verir ki, 10 noyabr saat 17:30-da 2020-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Ona ürək və tənəffüs çatışmazlığı diaqnozu qoyulub.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə dünən rayonun Xırmandalı kəndində baş verib. Kənd sakini, 2020-ci il təvəllüdlü N.Ə-nin qəfil halının pisləşməsini görən valideynləri uşağı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Избранный
27
medicina.az

1Источники