Keçmiş prezident Bəşər Əsədin ailəsi tərəfindən onilliklər boyu idarə olunan Suriyanın keçmiş hakim BAAS Partiyası fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, CNN-in partiyanın bəyanatına istinadla verdiyi məlumata görə, onlar bütün əmlak, maliyyə və silahları Suriya hökumət orqanlarına təhvil verəcəklər.
"Paetiya üzvlərində olan avtomobillər və silahlar Daxili İşlər Nazirliyinə və ya ən yaxın polis bölməsinə təhvil verilməlidir", deyə məlumatda bildirilir.
Bundan əlavə, BAAS Partiyasının bütün əmlak və vəsaitlərinin Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin nəzarətinə veriləcəyi, əldə olunan vəsaitin isə Suriya Mərkəzi Bankında saxlanacağı göstərilir.
Suriyada üsyançı qüvvələrin hücumu noyabrın 27-də başlayıb və artıq dekabrın 8-də Suriya ordusunun komandanlığı prezident Bəşər Əsəd rejiminin süqutu barədə zabitlərə məlumat verib. Əsədin Dəməşqi tərk edərək naməlum istiqamətə getdiyi qeyd edilib. Üsyançılar ordunun müqaviməti olmadan paytaxta daxil olduqlarını iddia edirlər.
Daha sonra Kreml Suriyada Əsədin Rusiya Federasiyasından sığınacaq aldığını rəsmən təsdiqləyib. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qərarı Rusiya lideri şəxsən verib.
Aydın