RU

Co Baydendən misilsiz "əfv səxavəti"

AzVision.az xəbər verir ki, Co Bayden bu addımını Amerikanın fürsətlər və ikinci şans vədi prinsipləri üzərində qurulması ilə əsaslandırıb.

“Buna görə də mən bu gün uğurlu bəraət, öz icmalarını daha güclü və təhlükəsiz etmək öhdəliyi sərgiləmiş 39 nəfəri əfv edəcəyəm. Mən həmçinin uzunmüddətli həbs cəzası çəkən 1500-ə yaxın insanın cəzasını dəyişdirirəm. Onların bir çoxu bugünkü qanunlara, siyasətə və təcrübələrə əsasən məhkum edilsəydilər, daha yüngül cəzalar alardılar”, - ABŞ prezidentinin bəyanatında deyilir.

Bayden bildirib ki, cəzanın yüngülləşdirilməsi pandemiya zamanı ev dustaqlığına salınan və “ailələrinə uğurla reinteqrasiya edənlərə” şamil olunub. Əfv isə qeyri-zorakı cinayətlər törətmiş şəxslərə aiddir.

“Associated Press (AP)” agentliyi Baydenin qərarını müasir Amerika tarixində bir gündə veroilən ən böyük əfv adlandırır.

Maraqlıdır ki, CO Bayden administrasiyasının əfv tələblərini nəzərdən keçirməyə davam edəcəyini və “gələcək həftələrdə bu yöndə daha çox addım atacağını” diqqətə çatdırıb.

Qeyd edək ki, “Politico” nəşri bir müddət əvvəl qalib gələcəyi təqdirdə Donald Trampın bəzi şəxsləri təqib edəcəyi barədə bəyanatını xatırlatmışdı. Bu baxımdan, “AP” agentliyi Baydenin həmin adamları Trampın təqibindən qurtarmaq üçün əfv edib-etməyəcəyinin məlum olmadığını yazır. Mənblərin iddiasına görə, Bayden bu ideyaya ciddi yanaşır və təxminən altı aydır ki, bu barədə düşünür, lakin“yarada biləcəyi presedentdən narahatdır”.

Co Bayden oğlunuəfv etdi
Əslində 10 gün əvvəl ən azı iki cinayətdə öz günahını etiraf etmiş oğlu Hanter Baydeni əfv etməklə çoxdan “axsaq ördəyə” çevrilmiş Co Bayden belə presedent yaradıb. Digər tərfədən isə, artıq nəinki heç nəyi həll etməyən, hətta demensiyaya düçar olmuş Co Bayden yalnız dərin dövlətin təmsilçilərinin və çoxsaylı müşavirlərinin hazırladıqları sənədləri imzalamaqla məşğuldur.

Həmin dairələrdə isə haızrda bir-birinə bəraət vermək və Trampın qisas siyasətindən sığortalanmaq abh-havası hökm sürür. Yeri gəlmişkən, bu gün əfv olunanların siyahısı hələlik açıqlanmayıb ki, bu da bəzi şübhələrin yaranmasına əsas verir.

Sahil İsgəndərov
AzVision.az
Избранный
33
azvision.az

1Источники