RU

Reuters: G7 Suriyada keçid prosesini dəstəkləməyə hazırdır

Yeddilik Qrupu ölkənin əvvəlki rəhbərliyinin cinayətləri ilə bağlı məlumatların araşdırılmasına çağırıb.

Turkustan.az xəbər verir ki, G7 Suriyada inklüziv, dünyəvi hökumətin qurulmasına gətirib çıxaracaq keçid prosesini dəstəkləməyə hazırdır. Bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu ölkələrin qeyri-rəsmi klubunun yaydığı bəyanatda deyilir.

"Biz bütün tərəfləri Suriyanın ərazi bütövlüyünü və milli birliyini qorumağa, onun müstəqilliyinə və suverenliyinə hörmət etməyə çağırırıq"-deyə,G7 liderləri Colan Təpələrində BMT-nin Müşahidəçi Qüvvəsinə dəstək ifadə edərək qeyd ediblər: “Biz etibarlı, əhatəli, dünyəvi idarəçiliyə aparan və qanunun aliliyinə, ümumbəşəri insan hüquqlarına, o cümlədən qadın hüquqlarına, bütün suriyalıların, o cümlədən etnik və dini azlıqların müdafiəsinə, şəffaflığa hörməti təmin edən keçid prosesini dəstəkləməyə hazırıq".

Onlar bu prinsiplər əsasında qurulan hökuməti dəstəkləyəcəklərini vəd ediblər, həmçinin ölkənin əvvəlki rəhbərliyinin cinayətləri ilə bağlı məlumatların araşdırılmasını və Suriya kimyəvi silahlarının məhv edilməsi prosesinin başa çatdırılmasını istəyiblər.

G7 həmçinin “terrorizmi və onun bütün formalarında zorakı ekstremizmi” pisləyib.

“Ümid edirik ki, Suriyanın idarə olunmasında rol oynamağa çalışan hər kəs suriyalıların hüquqlarına sadiqliyini nümayiş etdirəcək, dövlət institutlarının dağılmasının qarşısını alacaq, ölkənin yenidən qurulması, onun yaxşı adının bərpası üçün çalışacaq, təhlükəsizşəraiti təmin edəcək. Ölkəni tərk etmək məcburiyyətində qalanların hamısı Suriyaya könüllü qayıdacaq"-deyə, bəyanatda deyilir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
20
turkustan.az

1Источники